ABŞ prezidenti Donald Tramp 400-dən çox şirkətdə tutduğu postlardan imtina edib. Bu barədə CNN “Tramp Organization”a istinadən məlumat yayıb.
“Mən, Donald Tramp, bu şirkətlərdə bütün səlahiyyət və mövqelərdən imtina edirəm”, - sənəddə qeyd olunub.Şirkətlərin adları qeyd olunan 19 səhifəlik sənədin Trampın inauqurasiya ərəfəsində, yanvarın 19-da imzaladığı bildirilir.