Xamenei tələbələri Avropada İslamı daha fəal yaymağa çağırdı

Xamenei tələbələri Avropada İslamı daha fəal yaymağa çağırdı backend

İranın ali lideri Ayətullah Əli Xamenei Avropada yaşayan müsəlman tələbələrini İslamın yayılmasında daha fəal rol oynamağa çağırıb. Virtualaz.org bildirir ki, bu barədə İran.ru məlumat yayıb.


"Sizin bəraətiniz yoxdur.Sizdən gözlənilən, əzizlər, nədirsə, elmi, dini və etik özünü təkmilləşdirmədən daha böyükdür", - deyə Xamenei Avropadakı tələbələrin İslam assosiasiyalarının cümə günü keçirilmiş 51-ci illik yığıncağına göndərdiyi müraciətində bildirib.

"Gözlənilir ki, siz öz ətrafınıza təsir göstərəcək, sözləriniz və işləriniz vasitəsilə Allah yoluna daha çox davamçı cəlb edəcəksiniz", - deyə Iran.ru Ali liderdən sitat gətirib.