Çin rəhbərliyi Rusiyanın sərhədləri yaxınlığında qitələrarası ballistik raketlər yerləşdirib. Axar.az xəbər verir ki, Rusiya ilə sərhəddə yerləşən raket komplekslərinin görüntüləri artıq sosial şəbəkələrdə peyda olub. Görüntülər Xeyluntszyan vilayətində çəkilib.
Hərbi analitiklər ölkənin şimal-şərqinə yerləşdirilən raketlərin DF-41 olduğunu iddia ediblər.Qeyd edək ki, Çin DF-41 raketinin hazırlığını 1980-ci ildə aparır. Bu raket 12000 kilometr məsafədəki bütün hədəfləri məhv etmək gücündədir. Rəsmi Pekin indiyə qədər bu raketi tam gizli şəraitdə saxlayır.