Qars-Axalkalaki dəmir yolunun tikintisindən sonra İrəvan Ermənistan və Türkiyə arasında dəmiryolu daşımalarının həyata keçirilməsi ilə bağlı danışıqlara başlayacaq. Axar.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna açıqlamasında Ermənistanın Nəqliyyat naziri Vaan Martirosyan söyləyib. O, bu tip daşımaları Gürcüstan dəmiryolu şirkətinin həyata keçirə biləcəyini istisna etməyib:
“Bu istiqamətdə müzakirələr aparılacaq. Nəticələri haqqında biz ictimaiyyəti məlumatlandıracağıq”.
Qeyd edək ki, Qars-Axalkalaki Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin bir hissəsidir. Layihənin bu ilin birinci yarısında reallaşdırılması gözlənilir.
Ermənistanla Türkiyə arasında keçən il ticarət dövriyyəsi 145,4 milyon dollar olub. Bu isə 2015-ci illə müqayisədə 17% çoxdur. Türkiyə hazırda Ermənistanın 7-ci böyük ticarət tərəfdaşı sayılır.