NATO terror təşkilatıdır – AKP-çi deputat

NATO terror təşkilatıdır – AKP-çi deputat backend

Bütün çevrilişlərin arxasında NATO dayanır. Axar.az xəbər verir ki, bunu “Milat” qəzetinə müsahibəsində Türkiyənin Ədalət və İnkişaf Partiyasında olan millət vəkili Şamil Tayyar söyləyib. O, NATO-nun bölgəni yenidən dizayn etmək istədiyini bildirib:

“Türkiyə NATO-ya girəndən sonra çevrilişlərə məruz qaldı. Ölkənin başına gələn bütün qanlı işlərin içində həmişə NATO yer alıb. 1960-cı ildə ingilislər, 1971-ci ildə MKİ, 1980-ci ildə isə NATO çevrilişin təşkilatçısı idi. NATO-nun planına görə, Ərdoğanlı bir Türkiyə olmamalıdır. Bütün terror təşkilatları ilə Yaxın Şərqin xəritəsini yenidən formalaşdırmaq istəyən NATO artıq Türkiyə üçün bir təhdiddir. İŞİD, PKK və FETÖ-nun yanına artıq NATO-nu da əlavə edə bilərsiniz. Ona görə ki, Alyans artıq terror təşkilatıdır. Türkiyə buna qarşı tədbirlər görməlidir. Bunun üçün ilk iş İncirlik bazasını bağlamaq ola bilər”.