Türkiyə İsrailin Fələstin ərazilərində yenidən 560 əlavə mənzilin tikilməsinə izn verməsini kəskin tənqid edib. Axar.az xəbər verir ki, bu barədə informasiya Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.
“BMT Təhlükəsizlik Şurasının qərarına rəğmən İsrailin məskunlaşma siyasətini davam etdirməsi bu ölkənin beynəlxalq hüququ saymayan davranışının yeni formasıdır. İsrailin Fələstin torpaqlarında qeyri-qanuni 560 mənzilin inşasına izn verməsini qınayırıq”, – deyə bəyanatda yer alıb.