QAZİLER.AZ saytı Evronyusa istinadla bildirir ki, "Polis qətllərinə son!", "Qatil polisləri dayandıraq!" bu cür lozunqla amerikanlar Nyu- Yorkda küçələrə çıxaraq etirazlarını bildiriblər. Etiraz sosial şəbəkələr vasitəsilə həyata keçirilib. Bəzi aksiya iştirakçıları bildirirlər ki, polislə bağlı vəziyyət o qədər ciddiləşib ki, prezidentin bu işə qarışması vacib sayılır. Aksiyanın iştirakçısı deyir:
“Mən sadəcə istəyirəm ki, polis Latın amerikalılara qarşı və qaradərililərə qarşı kobudluğundan əl çəksin. 99% polislər öz vaxtını Buvşik, Qarlem, Şimali Nyu-york kimi rayonlarda patrul nəzarəti altında keçirir və bizə qarşı zorakılıq edirlər. Biz buna dözə bilmirik. Nəyə görə onlar özlərini belə aparırlar?”Aksiyaçılar həm də Bruklin körpüsündə plakatlarla avtobus yolunu kəsiblər və bundan sonra işə polis qarışmalı olub. Aksiya üçün yeni bəhanə Cənubi Karolina ştatının Şimali Çarlston şəhərində ağdərili polisin zəncini öldürməsi olub. Gözətçi iddia edir ki, qaradərili ona hücum edib. Lakin piyada tərəfindən edilən videoçəkilişə görə öldürülən şəxs qətl zamanı silahsız olub.