ABŞ-ın nüfuzlu “The New York Times” qəzetinin “Twitter” səhifələrindən birinə haker hücumu baş verib. İKT.lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 09.40-da səhifədə Rusiyanın ABŞ-a raket zərbələri endirdiyi barədə xəbər peyda olub.
“Tvit” tezliklə silinsə də, xəbərin “skrinşot”u yayılıb. Səhifənin “OurMine” haker qrupu tərəfindən “sındırıldığı” məlum olub. Bu qruplaşma daha öncə “Twitter”in icraçı direktoru Cek Dorsinin də səhifəsini “sındırıb”.
”NewYork Times” hsadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, qəzetin “Twitter” səhifəsinin 250 min abunəçisi var.