Yaponiyada neft emalı zavodunda güclü yanğın baş verib

Yaponiyada neft emalı zavodunda güclü yanğın baş verib backend

Yaponiyanın Vakayama prefekturasının Oita şəhərində neft emalı zavodunda yanğın baş verib.

Qaziler.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə zamanı ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

İlkin məlumata görə, konteyner sürtgü materialları ilə alışıb-yandı.

Şəhər hakimiyyəti zavodun yaxınlığında yaşayan 2,9 min nəfərə təxliyə barədə tövsiyələr veriblər.