Qırğızıstanda qəzaya uğramış “Boeing“in “qara qutu“ları açılır

Qırğızıstanda qəzaya uğramış “Boeing“in “qara qutu“ları açılır backend

Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri Qırğızıstanın "Manas" hava limanının yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” yük təyyarəsinin "qara qutu"larını açmağa başlayıblar.

Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb. Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfər həlak olub.