İŞİD türk hərbçilərinə hücum etdi: 5 ölü, 9 yaralı

İŞİD türk hərbçilərinə hücum etdi: 5 ölü, 9 yaralı backend

İŞİD terrorçuları Əl-Bab şəhərində Türkiyə Silahlı Qüvvələrinin yerləşdiyi məntəqəyə hücum edib

Suriyada aparılan "Fərat qalxanı" hərbi əməliyyatının 150-ci günündə İŞİD terrorçuları Əl-Bab şəhərində Türkiyə Silahlı Qüvvələri hərbçilərinin yerləşdiyi məntəqəyə hücum edib.

Xezerxeber.az "CNN Türk"ə istinadən məlumat verir ki, hücum zamanı 5 hərbçi (Çavuşlar -Saim Topal, Bahattin Bakır, Emre Doruk, Ramazan Taşkın ve Mete Can) şəhid olub, 9-u yaralanıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da bununla bağlı açıqlama yayıb: "Əl-Bab-ın Suflaniyah bölgəsində İŞİD terror təşkilatı mənsublarının bomba yüklü avtomobili partlatması nəticəsində, təəssüf ki, 5 qəhraman hərbçimiz şəhid olmuş, 9 qəhraman hərbçimiz isə yaralanmışdır. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onlar həkimlərin nəzarətindədir".

"CNN Türk"ün məlumatına görə, "Fərat qalxanı" hərbi əməliyyatı çərçivəsində şəhid olan Türk hərbçilərinin sayı 54-ə çatıb.