İranlı idmançı qadın idman zalında çəkdiyi selfini paylaşandan dərhal sonra həbs edilib.
Qaziler.az RİA Novosti-yə istinadən bildirir ki, qısaqollu futbolkada olan qadınların şəkilləri dövlət qanunlarının pozulması kimi dəyərləndirilir. İdmançı qadın hal-hazırda həbsxanadadır.Qadının adı qeyd olunmur. Lakin yerli KİV-in yazdığına görə bu, iki iranlı bodibilderdən biri-Şirin Nobaharidir. O, beynəlxalq yarışların iştirakçısıdır. Daily Mail belə yazır.
Qeyd edək ki, İranda başı örtülü olmayan qadın da çılpaq hesab edilir.