İranın paytaxtı Tehranda çökən binanın yanında yerləşən Türkiyə səfirliyi boşaldılıb.
Musavat.com “DHA” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Tehrandakı səfirliyində işləyən rəsmi şəxs təsdiqləyib.Onun sözlərinə görə, səfirliyin binasında problem olmasa da, partlayış riski nəzərə alınaraq, bina boşaldılıb.
Qeyd edək ki, bu gün Tehranda yerləşən 17 mərtəbəli “Palasco Tower” adlı köhnə binada yanğın olub. Yanğınsöndürənlərin müdaxilə etdiyi bir vaxtda bina çöküb