Rusiya ABŞ-ı Astanaya dəvət etdi

Rusiya ABŞ-ı Astanaya dəvət etdi backend

Rusiya Amerikanı Astanaya dəvət edib. BakiPost.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib. Bildirib ki, ABŞ artıq Suriya ilə bağlı müzakirələrə dəvət olunub: "ABŞ-ın bu məsələdə heç bir rolu yoxdur, lakin biz Amerikanı da Astanada keçiriləcək Suriya münaqişəsinin həlli üçün nəzərdə tutulan toplantıya dəvət edirik. Ankara, Moskva və Tehranın iştirak edəcəyi zirvə görüşündə yeni ABŞ rəhbərliyinin də iştirak edəcəyinə ümid edirik”.


Qeyd edək ki, zirvə toplantısı yanvar ayının 23-nə nəzərdə tutulub.