İranda 17 mərtəbəli bina çökdü: 30 yanğınsöndürən öldü, 50-si uçqun altında

İranda 17 mərtəbəli bina çökdü: 30 yanğınsöndürən öldü, 50-si uçqun altında backend

Tehranın mərkəzindəki tarixi binada baş verən yanğının söndürülməsinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Lent.az-ın "sozcu.com.tr"-ə istinadən xəbərinə görə, yanğını söndürməyə çalışan yanğınsöndürənlər bir anda binanın çökməsiylə uçqun altda qalaraq can veriblər.

İlkin məlumatlara görə, hadisə nəticəsində 30 yanğınsöndürən həlak olub, 50 yanğınsöndürən isə uçqun altda qalıb.

Bina yaxınlığında yerləşən Türkiyə və İngiltərə səfirlikləri təhlükəsizlik məqsədilə boşaldılıb.