ABŞ prezdenti Barak Obama qalmaqallı açıqlama verib.
QAZİLƏR.AZ-ın məlumatına görə, Obama 2014-cü il fevral ayında Ukraynada dövlət çevirilişinin ABŞ tərəfindən həyata keçirildiyini etiraf edib. Prezident bu etirafı CNN telekanalına müsahibə verərkən edib."Maydanda etiraz aksiyaları başlayandan və Yanukoviç aradan çıxandan sonra ABŞ Ukraynada dövlət çevirilişinin olmasına kömək etdi. Cənab Putin isə Krımı Rusiyaya birləşdirərək bir dövlətin suverenliyini, ərazi bütövlüyünü pozdu", deyə Obama bildirib.
Qeyd edək ki, keçən ilin əvvəllərində Ukraynada etiraz aksiyaları başladı. Aksiyaların səbəbi sabiq prezident Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişinindən imtina etməsi idi. Nəticədə ölkədə gərginlik yarandı. Krımda referendum keçirlərək yarımada Rusiyaya birləşdirildi.