Aralıq dənizində Liviyadan İtaliyaya üzən miqrantlarla dolu gəminin batması nəticəsində azı 400 nəfər ölüb.
QAZİLER. AZ-ın EVRONYUS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Save the Children” humanitar təşkilatın açıqlamasında bildirilir.Məlumata görə, bu barədə təşkilatın nümayəndələrinə dənizdə xilas olunmuş bir neçə miqrant bildirib.
Ölənlərin arasında çoxlu sayda gənclərin və uşaqların olduğu qeyd olunur.
Qeyd edək ki, ötən həftənin sonu İtaliyanın sahil mühafizəsi qüvvələri dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 7000-dək miqrantı xilas edib.
Avropaya miqrant axını xeyli artaraq tək ötən il 220 000 nəfərə çatıb. Cari ilin əvvəlindən bu günədək 3000-dək miqrant Aralıq dənizində qəza nəticəsində ölüb.