Rusiya və Türkiyə hərbi hava qüvvələri Suriyada İŞİD döyüşçülərini bombalayıb
Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, Suriyadakı Rusiya aviasiya qrupu və Türkiyə hərbi hava qüvvələri İŞİD döyüşçülərinə Əl-Bab rayonunda avia zərbələr endirib.Bu barədə Rusiya ordu baş qərargah baş əməliyyat idarəsinin rəisi general- leytenant Sergey Rudskoy məlumat verib.
Məlumatda deyilir: "Suriya tərəfi ilə razılıq əsasında Rusiyanın 9 hücum, 4 Su-24M qırıcı, 4 Su-25 qırıcı və 1 bombardmançı təyyarəsi havaya qalxıb.
Eyni zamanda Türkiyə tərəfindən 4 F-16 və 4 F-4 qırıcısı da əməliyyatda iştirak edib. 36 məntəqə dağıdılıb".