ABŞ Rusiyanın saytlarında dezinformasiyayla mubarizə aparacaq

ABŞ Rusiyanın saytlarında dezinformasiyayla mubarizə aparacaq backend

QAZILER.AZ saytı Arqumentı i Faktı qəzetinə istinadən xəbər verir ki, Yeni rəqəmsal media departmentinin məqsədi rus saytlarında işləmək olacaq. ABŞ tərəfindən maliyyələşəcək departament Azadlıq radiosunun Çex filialında təşkil olunacaq.

Layihənin məqsədi Facebook, Twitter , « VKontakte " və " Odnoklassniki ", o cümlədən müxtəlif sosial şəbəkələrdə rus media sahəsində yayılan dezinformasiyanın qarşısını almaqdır.
Azadlıq radiosunun yeni əsas vahid metodikası həm də ondan ibarət olacaq ki, orada orijinal programlar və siyasi satiralar yer alacaq. Həmçinin, Footage vs Footage layihəsi də işlənəcək ki, burada da Qərb və Rusiya ilə bağlı olan hadisələrin gündəlik qısa reklam rolikləri təşkil ediləcək. Layihənin maliyyələşdirilməsi üçün 15,6 mln dollar nəzərdə tutulub.
Diaspora