ABŞ prezidenti Barak Obama Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılmasına dair qərar qəbul edib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, müvafiq sənəd artıq Konqresə təqdim edilib.
Məlumatda qeyd edilir ki, Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılması ABŞ-Kuba münasibətlərinin normallaşdırılmasında çox mühüm əhəmiyyət kəsb edən məsələdir.Aprelin 12-də Barak Obama Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılmasına dair hələlik qərar vermədiyini bildirmişdi.