QARA RƏNGLİ AVTOMOBİLLƏRƏ QADAĞA- TÜRKMƏNİSTANDA

QARA RƏNGLİ AVTOMOBİLLƏRƏ QADAĞA- TÜRKMƏNİSTANDA backend

Türkmənistan gömrük rəsmiləri qara rəngli avtomobillərin bu ölkəyə idxalına qadağa qoyub.

Qadağanın səbəbi göstərilməsə də, idxalçılara ağ rəngli avtomobilin alınması məsləhət görülüb. Bu barədə “BBC” agentliyi xəbər yayıb.
Agentliyin məlumatında bildirilir ki, ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədov bu yaxınlarda ictimai tədbirlərə ağ maşınlardan ibarət avtomobil kortecində gəlməyə başlayıb. Ölkənin 160-a yaxın yüksək rütbəli məmuru dərhal onun hərəkətini təkrarlayıb.
Bununla yanaşı, Türkmənistanda həmçinin dəbdəbəli avtomobillərə və ümumi qaydalara uyğun gəlməyən avtomobil nömrə nişanlarına qadağa qoyulub.
Xatırladaq ki, 2014-cü ildə paytaxt Aşqabad sakinləri rəsmilərin yaşayış binalarından kondisionerlərin yığışdırılması göstərişinə etiraz etmişdilər. Həmin göstəriş binaların xarici görünüşündə “səliqə yaratmaq” məqsədilə edilmişdi. Hökümət paytaxtı “ağ şəhərə” çevirmək məqsədilə milyardlarla dollar pul xərcləyərək binaların üzünə ağ mərmər daşı çəkir.
Diaspora