Həbsxanada olan "HDP" partiyasının həmsədri Səlahəddin Demirtaş üçün 142 il həbs cəzası tələb edilib.
Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, prokuror tərəfindən partiyanın digər həmsədri Figen Yüksekdağ üçün isə 82 il həbs cəzası istənilib.11 "HDP"-li millət vəkili 2016-cı ilin 5 noyabr tarixində həbs edilmişdi. Partiyanın həmsədri Demirtaşın və Ankara üzrə millət vəkili Sırrı Süreyya Önderin məhkəmə işinə İstanbul Bakırköy ağır cinayət məhkəməsində baxılıb. Prosesdə millət vəkilləri və Türkiyə Böyük Millət Məclisinin sədr müavini Pervin Buldan iştirak edib.
Demirtaş deyib: "Biz bunu bizə edənlərə qarşı qəzəbli deyilik. Siyasət səbr işidir. Bu günlərin gələcəyini bilirik. Bizi mühakimə edən hakimin yerində olmaq istəməzdim. Ya o, ya da biz həbs edilmiş olmalı idik".