Böyük Britaniyanın qırıcıları həyəcan siqnalı ilə havaya qaldırılıb.
Dünya Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Rusiya bombardmançılarının ələ keçirməsi üçün həyəcan siqnalı ilə havaya qaldırılıb.ANS PRESS-in məlumatına görə, rus təyyarələri ölkənin hava məkanının yanında peyda olublar.
Bu haqda Reuters xəbər agentliyi Britaniyanın Müdafiə Nazirliyinə istinadən bildirib.
"Rusiya təyyarəsi Britaniyanın hava məkanına yaxın ərazidə peyda olub. Hərbi Hava Qüvvələrinin qırıcıları dərhal havaya qaldırılıb", - deyə nazirlikdən bildirilib.
Yanvarda Britaniya KİV-i bildirirdi ki, Bornmutdan cənubda səmada Rusiya Hərbi Hava Qüvvələrlərinin iki bombardmançısı qeyd edilib. Həyəcan siqnalı ilə qaldırılan Britaniya aviasiyasının iki “Typhoon” təyyarəsi Rusiya ordusunun bombardmançılarını əraazini tərk edənə qədər müşaiyət etmişdilər.