Təşkilatın baş katibi köməkçisini qondarma respublikalara göndərir.
Dünya BMT baş katibinin İnsan hüquqları üzrə köməkçisi İvan Şimon bu ilin mayında özünü qondarma respublika Donetsk və Luqansk Xalq respublikalarına səfər edəcək.ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nin Xəbər Mərkəzi bildirib.
İ.Şimon bu səfərin doğruluğunu təsdiqləyib və deyib ki, Donetskdə vəziyyət yaxşı deyil, hər yerdə silah səsləri eşidilir. Atəş mütləq dayandırılmalıdır. Atəşkəs rejiminə əməl olunması lazımdır. Bu, sülhün möhkəmləndirilməsinə, münaqişənin siyasi nizama salınması üçün Minsk razılaşmasının icrasına kömək edə bilər. Əminəm ki, Berlində keçirilən "Norman formatı" nümayəndələrinin bugünkü görüşü yaxşı nəticəsini verəcək.
O, bir ay əvvəl BMT-nin Təhlükəsizlik Şurasının Ukrayna üzrə keçirilən iclasında çıxışında söyləmişdi ki, Ukrayna cəmiyyətində parçalanma artmaqda davam edir. Hər yeni hücumla mülki əhali zərər çəkir, insanlar işgəncələrə məruz qalır, silahlı dəstələr ölkəni parçalanmaya sürükləyir.
BMT nümayəndəsi Ukrayna hakimiyyətini də qınamışdı: "Odessada 2014-cü il mayın 2-də baş verən faciəli hadisələr indiyə qədər araşdırılmayıb. 117 insanın həlak olmasına gətirib çıxaran bu zorakılığa görə heç kim ittiham edilməyib."