“Reina“ terrorçusunun evindən nələr çıxdı? - külli miqdarda dollar, silahlar, dronlar... - YENİLƏNİB

“Reina“ terrorçusunun evindən nələr çıxdı? - külli miqdarda dollar, silahlar, dronlar... - YENİLƏNİB backend

İstanbulun “Reina” gecə klubunda qətliam törədən terrorçunun yaxalanmasının təfərrüatı məlum olub. QAZILER.AZ beyaz.tv-yə istinadən xəbər verir ki, bu barədə İstanbulun valisi Vasip Şahin açıqlama verib.

Valinin sözlərinə görə, terrorçu İstanbulun Əsənyurt məhəlləsində ələ keçirilib. Onun əsl adı Əbdülqadir Maşaripovdur. Ləqəbi isə Əbu Məhəmməd Xorasanidir. 1983-cü ildə Özbəkistanda doğulan terrorçu Əfqanıstanda təlim görüb.

Vali bildirib ki, terrorçu 4 dil bilən xüsusi yetişdirilmiş biridir. Əməliyyat zamanı onunla bərabər 1 iraqlı kişi və müxtəlif millətlərdən olan 3 qadın da saxlanılıb. Terrorçunun ələ keçdiyi evdə 197 min dollar, 2 tapança tapılıb və 2 dron aşkarlanıb.

Vali Vasib Şahin əməliyyatın necə keçirildiyini də açıqlayıb. Belə ki, onun sözlərinə görə, terrorçunun gizləndiyi ehtimal edilən 5 ünvana əməliyyat keçirilib. Və həmin ünvanlardan birində “Reina” qatili yaxalanıb. Polis cinayətkarı canlı ələ keçirmək istəyib. Qarşı tərəf də silahlı müqavimət göstərmədiyi üçün terrorçu canlı ələ keçib. Yaxalanan anda uşağı yanında olmayıb.

O da bildirilir ki, terrorçunun ələ keçirilməsində arvadından alınan məlumatların da köməyi olub.