Rusiya nöqtəni qoydu — ABŞ Astana görüşlərinə dəvət edilmədi

Rusiya nöqtəni qoydu — ABŞ Astana görüşlərinə dəvət edilmədi backend

Rusiya Astana görüşlərinə ABŞ-ı dəvət etməyib.

Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Məlumata əsasən, Astanada keçirilməsi nəzərdə tutulan Suriya müzakirələrinə ABŞ dəvət edilməyib.

Peskov müzakirələrlə bağlı Donald Trampın komandasına dəvət göndərilmədiyini bildirib: "Astana görüşləri üçün hazırlıqlar davam edir. Bu çətin bir prosesdir. Astana görüşü Cenevrə görüşü kimi digər formatların alternativi yox, tamamlayıcı parçasıdır. Bunu unutmamaq lazımdır. Bu mərhələdə ancaq bu qədər danışa bilərəm".

Dmitriy Peskov ABŞ-ın yeni prezidenti Trampın inauqurasiya tədbirindən bir neçə həftə sonra Putinlə İslandiyanın paytaxtı Reykyavikdə görüşəcəkləri barədə xəbərin yalan olduğunu bildirib: "Kreml ilə Trampın komandası arasında əlaqə yoxdur. Prezidentlərin görüşü barədə xəbər reallığı əks etdirmir. Belə bir hazırlıq söhbəti yoxdur".