Səfirlik: Bişkekdə qəzaya uğramış təyyarə “Türk Hava Yolları“nın deyil

Səfirlik: Bişkekdə qəzaya uğramış təyyarə “Türk Hava Yolları“nın deyil backend

Qırğızıstanda qəzaya uğramış yük təyyarəsi "Türk Hava Yolları"na məxsus deyil. Bu barədə RİA Novosti-yə Türkiyənin Rusiyadakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, bu təyyarə Türkiyənin özəl şirkətinə məxsusdur.

Bu arada Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib ki, qəza nəticəsində ölənlərin sayı artıq 35 nəfər çatıb.