Hindistanda dini festival zamanı 6 nəfər ölüb

Hindistanda dini festival zamanı 6 nəfər ölüb backend

Hindistanın Qərbi Benqaliya ştatında keçirilən dini festival zamanı yaranan basırıq nəticəsində ən azı 6 nəfər həyatını itirib.

Qaziler.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri yazıb.

İnsident bazar günü axşam Qanq çayının deltasında yerləşən Saqar adasında baş verib. Bu yer hindular arasında müqəddəs hesab olunur. Burada Kapila Muni məbədi yerləşir.