Putinin gözlənilən Türkiyə qərarı

Putinin gözlənilən Türkiyə qərarı backend

Cəmil Çiçəklə görüşən Sergey Narışkin bu barədə açıqlama verib.

Region Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyəyə Dövlət Dumasının sədri Sergey Narışkini göndərir.

Qaziler.az ANS PRESS-ə istinadən bildirir ki, Narışkinin mərasimlərdə iştirakı Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin Rusiya səfəri zamanı dəqiqləşib.

Cəmil Çiçəklə görüşən Sergey Narışkin bu barədə açıqlama verib.

"Çanaqqala müharibəsinin 100-cü ildönümü münasibətilə keçirilən mərasimə qatılmaq üçün Türkiyəyə mən gələcəyəm. Bu səfərin Rusiya və Türkiyə arasındakı dostluğu möhkəmləndirəcəyini, bölgəmizdə sülh və sabitliyə töhfə verəcəyini düşünürəm", - deyə Narışkin bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatında bu xəbəri "Rusiya prezidenti Vladimir Putin Türkiyəyə dördüncü adamını göndərir" kimi dərc edilib. Bildirilir ki, Rusiyada birinci adam Vladimir Putin, daha sonra isə baş nazir Dmitri Medvedev, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Sergey Narışkin gəlir.
Diaspora