Rusiyapərəst separatçılar tərəfindən ciddi təxribatlar törədilir
Dünya Bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs razılaşmasından sonra zorakılıq azalsa da, gərginlik hələ də qalır. Ukraynanın şərqində son bir gün ərzində 6 əsgər həlak olub, 12 nəfər yaralanıb.ANS PRESS-in xəbərinə görə, bu barədə Ukrayna ordusunun nümayəndəsi Andrey Lısenko bildirib.
O məlumat verib ki, rusiyapərəst separatçılar tərəfindən ciddi təxribatlar törədilir. Ölkənin şərqində vəziyyət hələ də qeyri-sabit olaraq qalır. Ordumuz bütün istiqamətlərdən hücumlara məruz qalır.
Ümumiyyətlə, münaqişənin həlli ilə bağlı siyasi danışıqlar davam edir. Belə ki, "Normand dördlüyü" üzrə Rusiya, Ukrayna, Almaniya və Fransanın xarici işlər nazirlərinin Almaniyada görüşüb, Ukraynanın şərqində atəşkəsin pozulmasından narahatlıq ifadə rdiblər. XİN rəhbərləri cəbhə xəttindən ağır silahların çıxarılmasının davam etdirməsi barədə razılığa gəliblər. Tərəflər 4 işçi qrupun yaradılmasına qərar veriblər. İşçi qruplar təhlükəsizlik məsələləri, separatçıların nəzarətində olan ərazilərdə seçkilər keçirilməsi, hərbi əsirlərin dəyişdirilməsi və Ukraynanın şərqində iqtisadi durumun yaxşılaşdırması ilə məşğul olacaq.
Xatırladaq ki, ötən ilin aprelindən Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.