Moskvada iki tramvay toqquşub.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya paytaxtının şimal-qərbində, Şukino rayonunun Aviasiya küçəsində baş verən hadisə nəticəsində biri uşaq olmaqla, altı nəfər xəsarət alıb.Xəsarət alanlardan beşi xəstəxanaya yerləşdirilib, bir nəfərə ambulator yardım göstərilib.
Qəza səbəbindən beş marşrut üzrə hərəkət 1 saat dayandırılıb.