Türkiyənin Kocaeli şəhərində yerləşən zavodda partlayış olub. BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaeli şəhərinin Dilovası sənaye bölgəsində yerləşən metallurgiya zavodundakı partlayış zamanı 1 nəfər ölüb.
Həmçinin partlayış nəticəsində15 nəfər yaralanıb. Yaralı işçilər təcili olaraq xəstəxanalara yerləşdirilib.
Hazırda partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.