Trampın inauqurasiyası təhlükə altında

Trampın inauqurasiyası təhlükə altında backend

Yanvarın 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda yeni seçilmiş prezident Donald Trampın andiçməsi zamanı geniş etiraz aksiyasının keçirilməsi planlaşdırılır.


Trend-in məlumatına görə, etirazçılar həmin gün səhər saatlarından etibarən dörd kilometrlik yürüş keçirərək Ağ Evə aparan əsas küçələri bağlayacaqlarını bildiriblər.

Aksiya təşkilatçıları etirazların ABŞ-ın digər şəhərlərində, eləcə də xarici ölkələrdə ABŞ səfirlikləri qarşısında keçirilməsinə də çağırışlar edib.