Dəməşqdə altı nəfər terror aktının qurbanı olub

Dəməşqdə altı nəfər terror aktının qurbanı olub backend

Suriyanın paytaxtı Dəməşq şəhərində törədilən terror aktı zamanı ən azı altı nəfər ölüb.

Qaziler.az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə şəhər polisindəki mənbə məlumat verib.

“Kafrsus rayonunda baş verən partlayış altı nəfərin həyatına son qoyub, bəzi yaralıların vəziyyəti ağırdır”, - polis işçisi deyib.

İlkin məlumata əsasən, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.