ABŞ-ın “Foks Nyus” telekanalı Rusiya ilə bağlı sensasiyalı məlumat yayıb. Axar.az xəbər verir ki, telekanal Pentaqon rəhbərliyində olan iki mənbəyə istinadən Rusiyanın Suriyaya əlavə hücum təyyarələri göndərdiyini iddia edib.
“Ruslar qoşunların çıxarıldığını desələr də, bunun heç bir sübutu yoxdur. Əksinə, orada yeni qüvvələr peyda olub”, - məlumatda qeyd olunur.Mənbənin bildirdiyinə görə, yanvarın 9-da Hmeymim aerodromuna 4 ədəd Su-25 təyyarəsi enib.