Əfqanıstanın Qəndahar vilayətində 2 partlayış baş verib.
Ölkə.Az xəbər verir ki, partlayış vilayət qubernatorunun polis rəisi və diplomatlarla görüşündə baş verib.Hadisə zamanı 9 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralananlar arasında 2 diplomat və qubernator da var.
Hadisənin terror aktı olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstanın paytaxtı Kabildə törədilən iki partlayışda 38 nəfər ölüb. Partlayışa görə məsuliyyəti “Taliban” terror təşkilatı öz üzərinə götürüb.