Rusiya Hərbi Hava Qüvvələri Suriyada əməliyyatlara başladığı 2015-ci ilin sentyabrından indiyə qədər İŞİD-ə aid 174 neft obyektini məhv edib.
Qaziler.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, bu haqda Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov açıqlamasında bildirib.O, həmçinin qeyd edib ki, bu müddət ərzində 12.360 kv/km ərazi terrorçu qruplarından geri alınıb:
“Biz 2015-ci ilin 30 sentyabrından indiyə qədər 19 min döyüş uçuşu həyata keçirmişik. Nəticədə terrorçulara 71 min zərbə endirilib. Qərb isə İŞİD-lə mübarizədə heç bir uğur əldə etməyib”.