İŞİD-ə qarşı 330 hərbçi göndərilir

İŞİD-ə qarşı 330 hərbçi göndərilir backend

Hərbçilər İraqın Baş nazirinin müraciəti əsasında göndərilir.

Dünya Avstraliya hökuməti İŞİD qruplaşmasına qarşı mübarizədə beynəlxalq koalisiyaya yardım etmək üçün İraqa daha 330 hərbçi göndərəcək.

Qaziler.az-ın ANS PRESS-ə istinadən bildirir ki, bunu Avstraliyanın baş naziri Toni Ebbort bildirib. Onun sözlərinə görə, hərbçilər sabahdan etibarən İraqa göndəriləcəklər və proses mayın ortalarınadək başa çatacaq.

Toni Ebbot həmçinin bildirib ki, Avstraliyadan əlavə hərbi qüvvənin göndərilməsi İraqın Baş naziri Heydər əl-Abadinin müraciətlərinə əsasən baş tutub. Avstraliyalı hərbçilər İraqdakı 100 yeni zelandiyalı hərbçi ilə birlikdə İraq hərbçilərinə təlim də keçəcəklər.

Avstraliya hərbçiləri İraqın Taci şəhərində yerləşdiriləcək və onların burada azı 2 il xidmət göstərəcəkləri gözlənilir.
Diaspora