Donald Trampla Vladimir Putinin görüşünə hazırlıq çox sakit aparılmalıdır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Yeni il bayramı günlərində bu görüşlə bağlı heç bir iş aparılmayıb. Bizim ölkələr arasında çox gərgin münasibətlərdən sonra bu görüş çox sakit və diqqətli aparılmalıdır. Trampla Putin arasında görüş ABŞ prezidentinin andiçmə mərasimindən öncə olmayacaq”, –o bildirib.