Bir necə gündür, Türkiyəyə yağan güclü qar səbəbindən İstanbulda həyat iflic olub. BakıPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həftənin ilk iş günü işə getmək istəyənlər çətin anlar yaşayıb. Avtomobillərin hərəkəti demək olar ki, iflic olub.
Yağan qar səbəbi ilə İstanbulda içməli su ilə də bağlı problem yaranıb. Əlverişsiz hava şəraiti İstanbulun içməli su mənbəyi olan Böyükçəkməcə gölünün donmasına səbəb olub.Güclü qar həmçinin tramvayların hərəkətində də çətinlik yaradıb.
Rəsmi məlumatlara görə, İstanbulda qarın qalınlığı 122 sm-ə çatıb.