Rusiya Ukraynanın mühacir hökumətini yaradır

Rusiya Ukraynanın mühacir hökumətini yaradır backend

Ukraynanın mühacir hökuməti yaradıla bilər. Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov jurnalistlərə açıqlamasında söyləyib. Azarov bir müddət öncə Moskva məhkəməsinin 2014-cü ildə Kiyevdə baş verən hadisələrin dövlət çevrilişi olması haqda qərarının belə bir addım atılmasına səbəb yaratdığını bildirib:


“Mühacir hökumətin yaranması üçün şərait yetişməlidir. Bu şərait ilk növbədə Ukraynada formalaşmalıdır. Hakimiyyəti qanunsuz ələ keçirən hazırkı hökumət praktik olaraq öz vəzifələrini icra etmək iqtidarında deyil. Xalq alternativ hakimiyyət istəyəndə bizim üçün şərait yetişəcək”.

Qeyd edək ki, Maydan hərəkatının qələbə qazanmasından sonra prezident Viktor Yanukoviç və baş nazir Nikolay Azarov istefaya göndərilib. Hər iki şəxs ölkədən qaçıb. Bundan sonra Azarov Moskvada Ukraynanın Xilası Komitəsinin yaradıldığını elan edib. O, keçən il də mühacir hökumətinin yaranacağını bildirsə belə, sonradan bu fikri reallaşdıra bilməyib.