Ara Papyan: Rusiya heç zaman Türkiyənin əksinə getməyəcək
“Ermənistana görə Rusiya heç zaman Türkiyənin maraqlarının əksinə getməyəcək”.ANS PRESS-in məlumatına görə, bu barədə erməni diplomat, “Modus-vivendi” mərkəzinin rəhbəri Ara Papyan bildirib.
“Türkiyə, əslində, Rusiyanın ən yaxın tərəfdaşlarından biridir. Onların çox sıx ticari-iqtisadi əlaqələri var, amma onları siyasi maraq da birləşdirir. Hər iki ölkə müxtəlif səbələr üzündən yavaş-yavaş Qərbdən təcrid olunur”,- deyə Papyan vurğulayır.
Onun sözlərinə görə, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçiriləjək bayram təntənəsində Rusiya çox yüksək səviyyədə təmsil olacaq.
Ara Papyan Tanrıya yalvarıb ki, həmin gün Putin Ermənistanda uydurma soyqırım hekayəsinin 100 illiyi bağlı keçiriləcək mərasimə gəlsin.
“Amma öz gözlərimlə görməyənə kimi inanmayacam. Amma son məqamda Putin qəflətən xəstələnə bilər. Baxaq görək”, - deyə Ara Papyan bildirib.