“İzmirdə partlayışın baş verdiyi ərazidən tapılan silah-sursatlar daha miqyaslı hücumun hazırlandığını təsdiqləyir”.
Qaziler.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş nazirinin müavini Veysi Kayak deyib.“Terrorçuların hazırlıqlı olması, habelə hadisə yerindən götürülən partlayıcı qurğular, silah və sursatlar daha qanlı hücumun hazırlandığını deməyə əsas verir”, - deyə Veysi Kayak qeyd edib.
Qeyd edək ki, İzmirdə məhkəmə binası qarşısında baş vermiş partlayış və atışma nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Terrorçulardan ikisi öldürülüb, daha biri barəsində axtarış elan edilib.