İzmir terroruna görə 2 nəfər saxlanıldı — VİDEO

İzmir terroruna görə 2 nəfər saxlanıldı — VİDEO backend

Türkiyənin İzmir şəhərində Ədliyyə binası yaxınlığında baş verən terror aktı ilə əlaqədar şübhəli bilinən 2 nəfər saxlanılıb.

Ölkə.Az xəbər verir ki, Türkiyə polisi baş verən hadisələrdən sonra video görüntüləri araşdırmağa başlayıb. Araşdırmalar zamanı görüntülərdə 2 nəfərin şübhəli hərəkətləri diqqəti cəlb edib. Onların kimliyi və yeri müəyyən edilib. Keçirilən əməliyyat zamanı saxlanılan şəxslər polis idarəsinə aparılıblar.

Araşdırmalar davam edir.