İzmirdə partlayışın qarşısını mühafizə polisi alıb.
Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu sözləri İzmir valisi Erol Ayyıldız deyib.Vali bildirib ki, öldürülən terrorçuların üzərindən, avtomat silahlar, qumbara atan və əl bombaları tapılıb.
Güman edilir ki, vaxtında müdaxilə olunmasa, ölənlərin sayı daha çox ola bilərdi. Hazırda digər terrorçunun axtarışı aparılır. İzmirdə təhlükəsizlik tədbirləri gücləndirilib".
Vali 2 nəfərin şəhid olduğunu, 7 nəfərin isə yaralandığını bildirib.
Erol Akyıldız terror aktının PKK tərəfindən törədildiyini deyib.