Qaziler.az AZERTAC-a istinadən bildirir ki, Beynəlxalq arxitektura kompaniyası “Aedas”ın mütəxəssisləri Birləşmiş Ərəb Əmirliyində “Al Bahar Towers” adlandırılan 2 göydələnin layihəsini həyata keçiriblər. Tikinti işləri 2012-ci ildə başa çatıb.
Əbu–Dabi şəhərinin İnvestisiya Şurası üçün nəzərdə tutulmuş göydələnlər “ağıllı” fasadları ilə seçilir.İnnovativ, kompyuterlə idarə olunan dinamik fasad günəşin hərəkətindən asılı olaraq açıla və ya bağlana bilir.
Binanın bu xüsusiyyəti yandırıcı günəş şüalarının içəriyə daxil olmasının 50 faizədək qarşısını alır ki, bu da otaqlardakı havanın kondisionerlə normal tənzimlənməsinə şərait yaradır.
Hündürlüyü 145 metr olan göydələnlərdə təqribən minədək insan çalışır.