BMT-nin ofisi qarşısında partlayış: 4 yaralı

BMT-nin ofisi qarşısında partlayış: 4 yaralı backend

Somalinin paytaxtı Moqadişoda BMT-nin İnkişaf Proqramının ofisi qarşısında partlayış baş verib. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində binanın mühafizəsini təmin edən 4 polis əməkdaşı yaralanıb.

İnsident zamanı BMT əməkdaşlarından zərərçəkən olmayıb.

Partlayışa görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.