Türkiyənin 8 min nəfərlik ordusu Fırat qalxanı hərəkatı çərçivəsində Suriyaya girə bilmək üçün ənmr gözləyir. BakıPost.az "Milliyet"-ə istinadən xəbər verir ki, Suriyada yaxın vaxtlarda aparılacaq hərbi əməliyyatlarda türk ordusuda iştirak edəcək.
Bunun üçün artıq Türkiyənin 8 min nəfərlik ordusu Suriyaya girmək üçün əmr gözləyir. Hərbi əməliyyatlar zamanı Azad Suriya Ordusu (ASO) isə türk ordusuna dəstək verəcək.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi əməliyyatlar üçün bütün hazırlıqları tamamlayıb.
Qeyd edək ki, hazırda "Fərat qalxanı” hərəkatına 3 min hərbçi cəlb olunub.