İstanbulun Fatih rayonundakı restoranda baş vermiş atışmada yaralananların kimliyi məlum olub.
"Report" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində restoranın sahibi və universitetlərdən birinin professoru yaralanıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.
Cinayətkar hadisə yerindən qaçıb. Məlumata görə, o, tək olub.
Polis faktla bağlı araşdırma aparır.