İstanbulda "Reina” gecə klubunda terroru planlayan şəxsin kimliyi açıqlanıb. BakiPost.az Turkiyə KİV-lərinə istinadən xəbər verir ki, qırğızıstanlı terrorçunun tutulması üçün Türkiyə polisi gərgin iş rejiminə keçib.
Məlumata görə, terrorçu 20 noyabr tarixində həyat yoldaşı və iki uşağı ilə birlikdə təyyarə ilə Qırğızıstandan İstanbula gəlib. Oradan isə Ankaraya keçib. O, 22 noyabr tarixində yenidən Konyada olub. Lakin hücum edən şəxsin İstanbul və Konyaa daha öncə olduğuna dair görüntülər əldə edilib.İddialara görə, qırğız terroristi Konyada hücumu planlayan kod adı "Yusif hoca” olan şəxs qarşılayıb. Cütlük 29 dekabrda İstanbula gedib. Yusif hoca terrorçunu Zeytunburnuda bir evə yerləşdirib. Daha sonra isə yoxa çıxıb.
Qatilin burada "Reina”dakı hücumla bağlı son kəşfiyyat işlərini apardığı bildirilir.
Hücum təşkil edilən gün terrorçu Zeytunburnu 58. Bulvar küçəsindən əlində siqaret və kürək çantasıyla birlikdə taksiyə minib. Taksi sürücüsünün telefonu ilə Yusif hocaya zəng edərək məlumat verib.
Hücumdan sonra yenidən taksiyə minən qırğız pulunu klubda çıxardığı gödəkçəsinin cibində unutduğunu anladıqdan sonra, sürücüyə ödənişi dostlarından alaraq edəcəyini bildirib. O, sürücünün telefonu ilə zəng etdikdə isə qarşı tərəfin telefonu sönülü olub. Buna görə, taksiçi terrorçunu aparmaqdan imtina edib.